

"Dəyərli Mr. Vernon, bütün şənbəmizi yol verdiyimiz səhvləri düşünmək üçün sərf etdik. Bizə kim olduğumuzu izah edən bir şey yazmağımızı dediyiniz üçün sizin dəli olduğunuzu düşünürük. Siz bizi görmək istədiyiniz kimi görürsünüz..ən sadə qəliblərlə, uyğun ifadələrlə. Amma biz kəşf etdik ki, hər birimiz bir beyin, bir idmançı, bir zibil qutusu, bir şəhzadə, bir cinayətkarıq. Bu sualınıza cavab verir? Hörmətlə, The Breakfast Club" Verilən mesaj çox xoşuma gəldi.. Bender-ə film boyunca sinir oldum, amma bir nöqtədə onu da anlaya bildim(partanın altında olduğu səhnə istisna olmaqla)..Daha kimliklərini tapmamış gənclərin bu kimlikləri gizləməyə məcbur olması bərbad bir şeydi, hər biri üçün daim çiyinlərində olan bir yükdü və əslində otağa girdikləri ilk anlardan bu yükdən qurtulmağa, özlərini, bu yükləri otaqdakılarla paylaşmağa çalışırlar. Əvvəl bu sadəcə otağa necə girmələri, partada necə əyləşmələri, ünsiyyət üçün atdıqları ilk addımlarla bağlı olur, ardından gələn səmimiliklə daha da açıq şəkildə sözlərlə paylaşırlar. Bu təbiidi, çünki bir daha görməyəcəkləri insanlarla rahat ola bilərlər, onları bir daha görməyəcək biri olaraq hər birini ayrıca qucaqlamaq istədim.. Amma ümid edirəm, bazar ertəsi gələndə yenidən yadlaşmazlar..🥹

Qalıcılığı +17 gün olan ətirin adını istəyirəm.. > *"Drama, drama, drama"* Özümü tanıdığım andan mövcud olan "Mən komediya filmlərini sevmirəm, güldürməyi hədəfləyərək çəkilmiş filmlər mənə gülməli gəlmir" fikrim yerlə bir oldu an etibarı ilə..Demək olar ki, hər səhnədə fərqində olmadan gülürdüm.. Bir nöqtədə Obsession romcom versiyon kimi hiss etdirdi USKİYLİSXKU Amma filmlərdə əsasən kişilər addım atsın deyə qadınların emosiyalarını izah etməli olmaları nəzərimə dəydi və sinir oldum bir azcıq..Özünüz anlayın da bir dəfə, nə bu qürur😔🙏🏻


Marcellus və onun təsir etdiyi romantik insanların random hekayələri kimi bir şey idi. Overrated olduğunu düşünürəm..