Death Note
Bu mənim izlədiyim ilk anime idi. Yəqin ki, növbəti animeyə başlamaq üçün xeyli gözləyəcəyəm. Epizodlar qısa olsa da, saylarının çox olması bir qədər yorucu hiss etdirir. Ona görə də yaxın zamanda daha çox film və serial izləyəcəyimi düşünürəm.
Anime isə çox maraqlı idi. Bir seriyanı izlədikdən sonra dərhal növbəti seriyaya keçmək istəyirsən. Bəzi hissələrdə 4–5 epizodluq temp düşüşü olsa da, daha sonra hadisələr yenidən sürətlənir və maraq əvvəlki səviyyəsinə qayıdır.
Tam xal verməməyimin səbəbi isə bəzi məqamların yarımçıq qalmasıdır.
Mən Ryuk ilə Light Yagami arasında son bir söhbət görmək istərdim. Düşünürəm ki, belə bir səhnə finalı daha mənalı edərdi. Həmçinin, Şiniqamilərin dünyasını demək olar ki, çox az gördük. Onların dünyası və hekayəsi daha ətraflı işlənilsəydi, anime daha da maraqlı və yaddaqalan olardı.