Angel's Egg
Filmin yavaşlığı və qarışlığını aydınlaşdırmaq biraz da sizin xəyalpərəstliyinizə əşyalara baxışınıza görə şəkillənir. Film rejissor ya da yazar bilmirəm öz dinini dəyişəndən (itirəndən) sonra çəkilib, elə film boyunca da bu proses göstərilib. Şəxsi təcrübəmə əsasən mən heç vaxt dindar bir insan olmamışam, amma dindən tamamilə uzaqlaşarkən insanın içində yaranan o qorxu, narahatlıq hissini də yaşamışam. Əlbəttə bunlar mın balaca olanda hiss elədiklərimdi indiyə bir şey qalmayıb, amma empatiya qurmağa çox kömək edən bir duyğudu. Filmdə balaca qız simvolik bir yumurtanı daşıyır, niyəsini bilmir, amma o yunurtaya inanır, onu qoruyur, bir gün içindən bir quş çıxacağına inanır. Yumurtanı ona verilmiş ilahi bir vəzifə olaraq görür, getdiyi hər yerə aparır. Sonra bir gün tanımadığı bir kişi ilə tanış olur, ifadəsi buz kimi, danışmır, əlimdə böyük bir silahla qıza baxır. Qız birinci kişidən qorxur və uzaqlaşır, amma kişi qızın arxasından getmir, onu narahat edə biləcək heçnə eləmir. Bu da inancımıza tərs bir fikir görəndə hiss elədiklərimizdi, əslində fərd olaraq bizi hədəf almırlar, amma yenə də biz özümü narahat hiss eləyirik və ondam qaçırıq. Sonra bu yad adam qarşımıza bir də çıxır bu dəfə bizi izləməyə başlayır, bizə bir pisliyi toxunmur, sakitcə arxamızca gəlir. Bu müddət ərzində biz ona getməyini nə qədər desək də o qalır. Biz vaxt keçdikcə bu yad adamdan qorxmamağa onunla yeriməyə öyrəşməyə başlayırıq, bu da əks fikirlərə öyrəşmək, onları artıq yandırğamamağı təmsil eləyir. Filmsə ən sevdiyim səhnələrdə birində kişi deyir ki
"bir səs eşidirsən?" Qız yumurtaya başını yaslayıb "hə, isti nəfəsinin səsini eşdirəm" deyir. "O sənin nəfəsinin səsidir"
"Qanad çırpışlarını eşidirəm, uçduğunu xəyal eləyir yəqin"
"O, çöldəki küləyin səsidir"