Frankenstein
Əsl hekayədən tamamilə fərqli bir hekayədir, elə bil Frankenstein ideyasını oğurlayıb bambaşqa bir aləm yaradıblar, amma film çox geşəngdi. Kitabı bitirib filmə baxdım deyə əvvəlcə fərqlər çox gözümə batırdı, amma sonra başa düşdüm ki, kitabdan əlaqəsiz bir film kimi baxmalıyam. Jacob Elordi rolu haqqını verib, filmdə tam da istənilən kimi "Frankenstein"nın daha çox yaxşı, sevilən tərəfləri göstərilib. Victoru isə qəddar, eqoist biri kimi göstəriblər, eqoist olması düzdü ancaq əsl Frankenstein minlərlə cəsədin arasından ən yaxşı "parçalar" seçilərək yaradılmamışdı.. Victor kitabda öz yaratdığı şeydən o qədər qorxmuşdu ki, onunla danışmaq, onu görmək belə istəmirdi, çünki Frankenstein çox çirkin idi.. Filmdə Victora haqq verək deyə atasını qəddar bir insan kimi göstəriblər deyəsən, çünki əslində Victorun atası çox mülayim, yaxı insan idi, anasını da çox sevirdi. Victor hər bölümdə ailəsinin necə də hüzuru həyat sürdüyündən, özünün bu hüzuru necə pozduğundan, insanın içindəki yaratma (yaradıcılıq) hissinin bütün hissləri üstələməsindən, onu dəliyə çevirməsindən danışırdı. Yəni ata problemləri olduğu üçün yox bütün ömrünü gözəlliklər görərək böyüdüyü üçün, özünün də gözəl bir varlıq yaradacağını düşündüyü üçün başladığı yolda yaratdığı varlığın ömründə gördüyü ən çirkin şey olmasına dözə bilmirdi. Amma filmdə Victor düşünürdü ki, nə isə səhv gedib və istədiyi mükəmməl, ağıllı varlıq yarana bilməyib. Victor binanı yandırmamışdan əvvəl Frankensteina bir şans verir, Frankenstein Victordan başqa bir söz deyir, "Elizabeth" amma Victor onu o qədər qısqanır, mükəmməl olmasını artıq özü də istəmir ki onu öldürmək istəyir.