Beautiful Boy
- Everything
- Everything
Gözüm dolu olmadan izlədiyim tək bir səhnəsi olmadı, deyəsən... Yetərsizlik hissinin iyrənc bir hiss olması yetmirmiş kimi eyni anda həm övlad olaraq, həm valideyn olaraq yetərsizlik hissi, həm birinə kömək etmək üçün əlindən heç bir şeyin gəlməməsi, həm də kömək ala biləcəyin heç bir yerin olmaması birlikdə o qədər ağır gəldi ki...Və də Timotée hər baxanda ağlamaq istəməyinə səbəb olacaq bir vibe'a sahibdi. Bir nöqtədə Nic obrazını ciddi şəkildə yarğılamaq istədim, amma düşünəndə hamımızın bağlı olduğu əşyalar, məkanlar, hobbilər, insanlar var, onlardan da uzaqlaşmağa çalışsaq da, anidən geri dönmək istəyirik, onlar olmadan stresli hiss edirik, bizə zərər versələr də, imtina edə bilmirik, sayəsində əldə etdiyimiz kiçik xoş anlara görə dəyərmiş kimi hiss edirik. Nic'dən çox da bir fərqimiz yoxdu, sadəcə haqqında belə hisslərə sahib olduqlarımız uyu$durucular deyil deyə şanslıyıq, o qədər.
Bu mövzuya daha çox toxunulmalı olunmasının vurğulanmasını sevdim, insanlardan bu qədər tez əl çəkməməliyik..
(Klassik filmi dayandırıb öz-özümə mahnı oxumağa başladım, filmi yenidən başladan da eynən mən etdiyim kimi "beautiful boy" oxunmağa başladı, çox sevimli təsadüf idi🥹)