
Kefim nə istəyir ona baxıram, səhifənin estetik görünüşü burada vacib deyil so stfu ✨️

Başlarda iki nəfər olduqlarını və Elisabetin sadəcə pasiyent olduğunu düşünmüşdüm. Həyat yoldaşının onu çağırdığı səhnədə başa düşdüm ki, Alma, əslində, elə Elisabetdir. Çox narahatedici bir film idi. Dissosiativ şəxsiyyət pozuntusu haqqında məlumatım olmasa idi, yenə bu qədər dərindən başa düşərdimmi, ona cavab verə bilməyəcəyəm. Mövzusu qədər çəkilişi də məni təsirləndirən filmlərdən oldu. (Elə bildiniz estetikasına rəy bildirməyəcəm?) Atmosfer gərginləşənə qədər bir çox səhnədə dayandırıb görüntünü sslədim, o qədər gözəl səhnələr var idi ki. Ancaq filmin psixologiyasını başa düşəndən sonra o səhnələr artıq əvvəlki qədər estetik və xoşbəxt görünmür. Ən azından mənə elə oldu

Sometimes love is giving up, i don't say, she said like that

Hər dəfə köhnə filmlərimizi izləyəndə Azərbaycan ruhunu hiss etməkdən o qədər zövq alıram ki. Filmdəki hər obraz, hər ev, hər küçə, əslində, bizi daşıyır özündə. Onların yaşadığı hisslər bir başqa millətə yox, azərbaycanlılara məxsus hisslərdir. Bu nostalgiya çox doğma gəlir, bir o qədər də kədərlə doldurur içimi. Əli uşaqlıq dostları ilə olan bağların qorunmasına can yandırır, böyüməyin gətirdiyi çirkli duyğuların onları ayırmasına icazə vermək istəmir. Bir kəs ki, gecə yatmazdan qabaq qonaqlığı balıqsız verəcəyini düşünüb özünə dərd edir. Amma nə oldu? Qonaqlar gəldilər də, yeyib-içib əyləndilər də. Əli qonaqları məmnun etmək düşüncəsinə o qədər qapılmışdı ki, heç onlarla bu anlardan, oğlunun ad günündən zövq də ala bilmədi. Sondakı səmimi səhnələri çox bəyəndim, iki təmizürəkli obrazı, nəhayət, gülüb-əylənən görmək çox gözəl idi.

Birazcık üzülmüş olabilirim 🤏🏻 0.5 puanı oradan qırdım