Persona
Başlarda iki nəfər olduqlarını və Elisabetin sadəcə pasiyent olduğunu düşünmüşdüm. Həyat yoldaşının onu çağırdığı səhnədə başa düşdüm ki, Alma, əslində, elə Elisabetdir. Çox narahatedici bir film idi. Dissosiativ şəxsiyyət pozuntusu haqqında məlumatım olmasa idi, yenə bu qədər dərindən başa düşərdimmi, ona cavab verə bilməyəcəyəm.
Mövzusu qədər çəkilişi də məni təsirləndirən filmlərdən oldu. (Elə bildiniz estetikasına rəy bildirməyəcəm?) Atmosfer gərginləşənə qədər bir çox səhnədə dayandırıb görüntünü sslədim, o qədər gözəl səhnələr var idi ki. Ancaq filmin psixologiyasını başa düşəndən sonra o səhnələr artıq əvvəlki qədər estetik və xoşbəxt görünmür. Ən azından mənə elə oldu