I Origins
Sofinin Ianın həyatına girməkdə missiyası onun inanclarını sorğulamasına yol açmaq idi. Sanki bu öhdəlik Sofiyə əvvəlcədən eşq adı altında tapşırılmışdı. Böyük partlayışdan başqa heç nəyə inanmayan Ian nədənsə o 11-ləri izlədi. Əslində, Ian hara, içindəki o hissə güvənmək hara. O gün 11-ləri izləməsə idi, həyatı tamamilə fərqli olacaqdı. Heç bir hadisənin və insanın səbəbsiz yerə həyatımıza toxunmadığını göstərən möhtəşəm bir film. Normalda, filmləri insanların maraq dairələrinə uyğun tövsiyə etməyin daha doğru olduğu qənaətindəyəm. Ancaq bu filmi istisnasız hər kəs izləməlidir.
"On birləri birdən hər yerdə görməyə başladım. Çoxlu 11. Sayları olduqca təəccübləndirici idi. Onların arxasınca düşməyim qeyri-mümkün olardı. Ancaq onların arxasınca gedəndə sənin gözlərini gördüm. Ki onlar da məni sənə çatdırdı. Çünki səni gözlərindən tapmışdım."