Moonlight
You don't even know
First of all, happy Prideeee
Mənim ən sevdiyim queer filmlərindən biri olan hətta Oscarlı bir film olan Moonlight.. o qədər sevirəm ki, həqiqətən necə ifadə eləyim, bir iki sözə sıxışdırım bilmirəm.. mənim üçün mümkün deyil sanki, ona görə də uzun olacaq bu. İlk olaraq elə Chironun adından başlamaq istəyirəm.. o qədər gözəl səslənir ki mənə, kaş belə adı olan birini tanısa idim, bilmirəm sadəcə mən fikie verirəm ya yox, bəzən insanlaeın adlarını demədiyimizi xatırlayıram, kiməsə danışanda yox, onlara xitab eləyəndə. Bir dəfə məsələn dostuma səslənəcəkdim, yaxında olsa 'bax' falan deyib diqqətini çəkərdim amma uzaqda idi, sonra birdən dedim niyə adını demirəme adıyla səsləndim çöndü Halloween günü idi witch papağı var idi onu göstərirdim. Nəysə bu da belə boş bir hekayə, amma demək istədiyim o adı çəkənə kimi yaşadığım hisslərdi, nəsə elə bil icazə vermir qəribə gəlir, qəribə bir səs çıxarıb diqqətini çəkmək falan keçir ağlımdan gələ göstərəcəyim şeydən imtina eləmək belə, bu o an da mənə qəribə gəlmişdi indi də gəlir. Bir də mənə adımla xitab edilməsi də çox gözəl hiss elətdirir, hələ bir nəfər xanım deyirdi bir aralar o da çox gözəl idi, heyif özü elə deyil. Uzatdıqca uzadıb cringe şeylər yazacağım üçün oxuyan sayını sıfıra salana kimi davam eləyirəm. Chironu gördüyüm hər səhnədə, film boyu ağlaya bilərəm, o qədər çox şey hiss elətdirir ki o uşaq mənə.. bəlkə də onu özümə oxşatmağımla əlaqəlidi. Chironun səssizliyi, səssizlik deyəndə ümumiyyətlə danışmaması o qədər məndi ki, özümü rahat hiss eləmədiyim, nə biljme elə andam da asılıdı, sevmədiyim insanlasın yanında danışmaq istəmirəm nə deyirlər desinləre belə bir qulağımdan girie o birindən çıxır nə təsdiq nə inkae heçnə demirəm ümumiyyətlə danışmıram. Chironun da danışmaması tanımamaqla əlaqəli deyil, ümumiyyətlə danışmamasıdı. Filmin bu detalı mənə o qədər fərqli hiss elətdirir ki, Chironın hər hərəkətində sanki özümq görürəm.. Chiron mənim heç vaxt sahib olmayacağım oğlum kimi gəlir, o qədər mənimsəyirəm ki, heç sağlam gəlmir belə hiss eləməyim də elə, ümid eləyirəm heç kim oxumur bunu da. Hələ gözləri, ilahi, hər dəfə gözlərinə baxanda ağlıma bir nəfər gəlir, sanki bütün ürəyim titrəyir, mənə bu qədər eyni görünməyi də heç sağlam gəlmir, bilmirəm.
N, you don't know me
*-I don't know you?
*
Nəysə, ürəyim dolu idi, birdən nəsə oldu. Filmin çekimleri o qədər gözəldi ki, yüz dəfə baxsam sıxılmaram. Editləri belə o istiliklə doludu. Aldığı oscarı dibinə kimi haqq eləyir, mənim üçün tək qüsuru daha uzun olmamasıdı.