

2-ci sezon. Hisslərimi ifadə edəcək ifadələr tapa bilmirəm. Kaş bunun yerimə Fleabagə başlasaydım. Bekarçılıqdır deyə şeirimi qoyacam indi. İstəsəz, şeirimlə bağlı fikirlərinizi bölüşə bilərsiniz. ***Əzraillə çay qonaqlığı*** Qıldan incəydi boynum qarşında, İçimə hüzur səpərdi var oluşun da. Anladın kimi görünür bu dəfə də, Yayılar hərarət aciz qəlbimə də, Eynilə fərqində olduğum gün kimi, Seçmişdimmi bu dəfə sevim kimi? Gülümsəmənəmi tutunum yenə? İcazənlə qollarımı sarıyım sənə, Könlümdəki ruhu doldurum, Beləcə eşq çiçəyimi soldurum. Kimə eylər yarar bizlərdən? Kimə yenə tutunar sizlərdən? Dodaqlarından süzülən hər kəlmə, Ürəyimdə yayılardı dənə-dənə. Yenə hər görüşümdə səni, Bilərdim sevməzsən məni. O anda "kaş"-lar gölündə batar idim, Necə də səssizcə mən boğular idim. Eyləmərəm mən qram dram, Bilirəm çatır mənim də sıram. Ölümü qucaqlayacaq anım, Onda silinəcək bütün sanım. Öldürməz sevgisizlik aram-aram, Hər zaman olub xoş Əzraillə aram. Edərdik söhbət saatlarca, O da yanaşardı mənə axmaqca. Qoy dəyməyini bir kənara, qardaş, Ey mənə qalan gizlin, tək sirdaş. Yetməzdi mənə sanki öyüd verən, Başladı yenə bir nəsihət verən. "Eyləmə vəfa sən də mənə, Özünsən qalacaq olan sənə, Nəylə yaşar insan deyə sorğula, Uzunca düşündəkdən sonra doğrula. Məhəbbət deyildir səni tutan, Sevginin özüdür həyatda olduran. Bir fərdə deyildir bu sevgi sənə, Çox insan sevgisin dərd eylədi mənə. Necə də düşünmədilər naz-nemətləri, Tanrının lütfu olan xaliqüladə bərəkətləri. Yaşamaq sadəcə eşqdirmi dedim, Susduqlarında yanıldıqlarını bildim. Qalx ayağa sən də, oğul, Tanrının qoynuna soxul. Bilirəm güclüdür sənin hər zərrən, Əyilməz poladdandır hər qayən. Nəfəs al, gəz, dolan, izlə, Bölüş sonra qərarın bizlə. Yaşanacaq günləri vermə bada, İki günlük qəlb sızısıdır o da. Həyat dərindir, bilinməzdir, Ən sonunda isə o gözəldir. Stulunu oynat sən yerindən, Bax üfüqdəki cənnətə pəncərəndən. Həyat vermişdir sənə bir pəncərə, İcazən vardır izləməyə fərqli yerdən. Sancıların da təbiidir, Fəqət bil ki, keçicidir. Neylək sən də gəldin dünyaya istəmədən, Özünü həyat yarışında tapdın bilmədən. Günlərini ötüşdürdün bir atlet tək, Fokuslandın qazanmağa sən tək. Həyat necə də qısadır, Yaşayana isə o sazdır. Ayaq saxla, oğul, bu səfər sən, Göstərim cənnəti-məkanı mən. Aldığın təamların valehediciliyi, Gəzdiyin küçələrin bənzərsizliyi, Dinlədiyin hər insanın mənliyi, Aldığın hər nəfəsin dərinliyi, Dinlədiyin o musiqinin gözəlliyi, Nəql edəcəyin hekayələrin mükəmməlliyi, Tanış olacağın hər insanın, Yaşayacağın hər günün bilinməzliyi, Edəcəkdir heyran səni də, Qucaqlayacaq dadını almağı biləni də. Zamanı gələndə xatırlarsan hər sözümü, Həyat özü çağırar hüzuruna özümü. Əlini burax o kəndirdən, Düş aşağı çürük kətildən. Xüdahafiz, əziz yoldaşım, Gələcək yol yoldaşım." Yaxın olan nədir? O kəs bəs kimdir? Eşqə düçar olduğum şəxs? Sevgim olan hər bir kəs? Bilmərəm, düşünə bilmərəm! Necə də axmaq oluram sətirləri düzərkən, Burada belə başqalarında bəhs edərkən. Bir nəzər salsam, mən özümə, Dəstək versəm kaş öz sözümə. Dəyişəcəkdir vəziyyət bir gün illa, Yüksələcək hilalım göylərə illa.



BU FİLM İLK ELAN OLUNANDA MURADLA DEDİK Kİ, BUNA BİZ GETMƏYƏCƏYİK KİM GEDƏCƏK??? Çox mükəmməl bir film təcrübəsi oldu desəm yalan olmaz. İlk dəfə bir Meryl Streep filmini sinemada izləmə şərəfinə nail oldum. Iykyk mən Meryl Streepdən ötürü ölürəm. Belədəki tarixin ən çox namizədliyini alan yeriyən mükəmməllik olan şəxsi sevməyəcəm kimi sevəcəm?! Normalda daha şəffaf bal verməli olsam, 2.5-3 verərdim. Amma who cares? Mən ilk filmi 2025-cü ilin 16 mart tarixində izləmişəmmiş. Hətta o gecə evdə şəkərbura bişirdi. Bir bonus bilgi daha bu film bitəndən sonra Solo Levellingdən 2 bölüm fln izləyib yatıb qalmışdım. İndi isə keçək filmin normal analizinə. Filmdəə hər kəsin itin bir yerlərinə saldığı hissəsi minimalistlik və filtersizlik idi. Amma dostum, literally yeni dünyadakı bir çox dizayn məhz bunun üzərinə qurulub və tam olaraq müasir dövrün fashion anlayışını, hazırda olan sistemə nəzər salmaq istəyən filmi bu səbəbdən xor görə bilməzsən. "Amma Andy outfitləri göstərişli idi, indi ancaq rəsmi geyimdədi bla bla bla" ÇÜNKİ YENİ DƏB ANLAYIŞI BUDUR??? Bu filmi zəif qılan tərəf sayıla bilməz belə. Bəli, mən də "Netflix lightning"-i bir sıra filmlərdə bəyənmirəm. Məsələn: [Frankenstein](https://boxd.it/Ecsg) filmi. Lakin bu film üçün ideal bir seçim olub. Filmin ən uğurlu tərəfi editing və keçişləri idi. Səhnələr o qədər smooth keçiş edir ki, ağzınız açıq baxırsız. Operator işinin bu qədər əla alınacağını açığı gözləmirdim. Həmçinin outfit-lər də çox yerli yerində idi. Çox istərəm ki, 2027-ci ildə baş tutacaq Academy Awards-da geyim baxımından namizədlik alsınlar. Birbaşqa uğurlu şey məhz məkan seçimləri oldu. Əgər İsanın son axşam yeməyi əsəri olan yer effekt zad deyilsə çox mükəmməl olar. Hər məkan özənlə seçilib və bu hiss edilir. Milan səhnələrinə heyran olmayan var? Xüsusən Mirandanın yalnız kurt olub markalar olan yerdə düz irəlilədiyi yer. Lady Gaga kimi bir Met Gala və fashion ikonu bu filmdə olmazsa, olmazdıda. Çıxışını görəndə heyran oldum. Elə bil biz də orada idik. Və yeni nəsilə uyğunlaşdırmaq üçün filmin başındakı internet meme-lərinə cırıldım. Mcdonaldsda işləyən Miranda fav ididə. Plota keçdikdə isə çox boşluqlar var idi. Hətta bir neçə səhnədə sıxdı (Andy ilə flört olan kakaw olan yerlər olmasa da olardı). Film tarixinin ən ikon obrazlarından olan Miranda Priestlynin Anna Wintour təsviri olduğunu hər kəs bilir. Qəribədir film ilk çıxanda bunu inkar edən Anna indi bu filmin PR-ı üçün bir yerlərini cırırdı. Academy Awards 2026 buna ən böyük nümunədir. Ya da Meryl ilə birgə baş tutan Vogue-un üzü olması. Səbəbi mənə dəhşət maraqlı gəlirdi. Ta ki tiktokda bunu açıqlayan video görənə qədər. Aşağıda qeyd edəcəm linki siz də izləyərsiz. Bunu bilərək getdim deyə film birə beş daha dəyərli oldu mənim üçün. Məncə, bu filmi sevən hər kəs nəzər yetirməlidir. Beləcə "sənin vizyonun yoxdur" səhnəsində üzünüzdə gülümsəmə peydah olacaq. Anna Wintouru qram sevmirəm, fəqət igidi öldür haqqını yemə bu fashion sektorunda olan təsiri danılmazdır. Hələ Met Gala kimi bir eventi bizə bəxş edib. Kimsə bu haqda danışmaq istəsə, mənə bildirər, çünki burda yazmağa axotum yoxdur. İndi yenə filmdən kənarlaşıb özümə fokuslanacağım hissəyə keçid edəcəm. Mən ta uşaqlıqdan celebretylərə və bu tərz həyata maraq salan biri olmuşam. Hələ bu magazin yerlərinin xaoslu mühiti tam olaraq mənlik yerdir. Və bir neçə dostum bir-birlərindən xəbəri olmadan eyni şeyi demişdilər "Sən dergilərdə celebretylər haqda yazılar yazan, interview alan köşe yazarı ola bilərsən". Belə baxanda ciddən o iş tam mənlikdir. Məndən yaxşısı da day nə bilime😏 Heyif bir dostum Azərbaycanın nisbətən tanınan dergilərindən birində olmağı təklif edəndə lox kimi rədd elədim😭 Nəysə yəni ki, mən yazmaq üçün doğulmuşam. P.S.: Siz siz olun altyazı ilə alın filmi. Mən ancaq yanımdakı üçün tərcüməçilik edirdim film boyu. Meryl Streep haqda faktlar: [https://vt.tiktok.com/ZS9wNmSxY/](https://vt.tiktok.com/ZS9wNmSxY/) Anna Wintourun dəstək olma səbəbi: [https://vt.tiktok.com/ZS97kKmv9/](https://vt.tiktok.com/ZS97kKmv9/)