Shameless
2-ci sezon.
Hisslərimi ifadə edəcək ifadələr tapa bilmirəm. Kaş bunun yerimə Fleabagə başlasaydım. Bekarçılıqdır deyə şeirimi qoyacam indi. İstəsəz, şeirimlə bağlı fikirlərinizi bölüşə bilərsiniz.
Əzraillə çay qonaqlığı
Qıldan incəydi boynum qarşında,
İçimə hüzur səpərdi var oluşun da.
Anladın kimi görünür bu dəfə də,
Yayılar hərarət aciz qəlbimə də,
Eynilə fərqində olduğum gün kimi,
Seçmişdimmi bu dəfə sevim kimi?
Gülümsəmənəmi tutunum yenə?
İcazənlə qollarımı sarıyım sənə,
Könlümdəki ruhu doldurum,
Beləcə eşq çiçəyimi soldurum.
Kimə eylər yarar bizlərdən?
Kimə yenə tutunar sizlərdən?
Dodaqlarından süzülən hər kəlmə,
Ürəyimdə yayılardı dənə-dənə.
Yenə hər görüşümdə səni,
Bilərdim sevməzsən məni.
O anda "kaş"-lar gölündə batar idim,
Necə də səssizcə mən boğular idim.
Eyləmərəm mən qram dram,
Bilirəm çatır mənim də sıram.
Ölümü qucaqlayacaq anım,
Onda silinəcək bütün sanım.
Öldürməz sevgisizlik aram-aram,
Hər zaman olub xoş Əzraillə aram.
Edərdik söhbət saatlarca,
O da yanaşardı mənə axmaqca.
Qoy dəyməyini bir kənara, qardaş,
Ey mənə qalan gizlin, tək sirdaş.
Yetməzdi mənə sanki öyüd verən,
Başladı yenə bir nəsihət verən.
"Eyləmə vəfa sən də mənə,
Özünsən qalacaq olan sənə,
Nəylə yaşar insan deyə sorğula,
Uzunca düşündəkdən sonra doğrula.
Məhəbbət deyildir səni tutan,
Sevginin özüdür həyatda olduran.
Bir fərdə deyildir bu sevgi sənə,
Çox insan sevgisin dərd eylədi mənə.
Necə də düşünmədilər naz-nemətləri,
Tanrının lütfu olan xaliqüladə bərəkətləri.
Yaşamaq sadəcə eşqdirmi dedim,
Susduqlarında yanıldıqlarını bildim.
Qalx ayağa sən də, oğul,
Tanrının qoynuna soxul.
Bilirəm güclüdür sənin hər zərrən,
Əyilməz poladdandır hər qayən.
Nəfəs al, gəz, dolan, izlə,
Bölüş sonra qərarın bizlə.
Yaşanacaq günləri vermə bada,
İki günlük qəlb sızısıdır o da.
Həyat dərindir, bilinməzdir,
Ən sonunda isə o gözəldir.
Stulunu oynat sən yerindən,
Bax üfüqdəki cənnətə pəncərəndən.
Həyat vermişdir sənə bir pəncərə,
İcazən vardır izləməyə fərqli yerdən.
Sancıların da təbiidir,
Fəqət bil ki, keçicidir.
Neylək sən də gəldin dünyaya istəmədən,
Özünü həyat yarışında tapdın bilmədən.
Günlərini ötüşdürdün bir atlet tək,
Fokuslandın qazanmağa sən tək.
Həyat necə də qısadır,
Yaşayana isə o sazdır.
Ayaq saxla, oğul, bu səfər sən,
Göstərim cənnəti-məkanı mən.
Aldığın təamların valehediciliyi,
Gəzdiyin küçələrin bənzərsizliyi,
Dinlədiyin hər insanın mənliyi,
Aldığın hər nəfəsin dərinliyi,
Dinlədiyin o musiqinin gözəlliyi,
Nəql edəcəyin hekayələrin mükəmməlliyi,
Tanış olacağın hər insanın,
Yaşayacağın hər günün bilinməzliyi,
Edəcəkdir heyran səni də,
Qucaqlayacaq dadını almağı biləni də.
Zamanı gələndə xatırlarsan hər sözümü,
Həyat özü çağırar hüzuruna özümü.
Əlini burax o kəndirdən,
Düş aşağı çürük kətildən.
Xüdahafiz, əziz yoldaşım,
Gələcək yol yoldaşım."
Yaxın olan nədir?
O kəs bəs kimdir?
Eşqə düçar olduğum şəxs?
Sevgim olan hər bir kəs?
Bilmərəm, düşünə bilmərəm!
Necə də axmaq oluram sətirləri düzərkən,
Burada belə başqalarında bəhs edərkən.
Bir nəzər salsam, mən özümə,
Dəstək versəm kaş öz sözümə.
Dəyişəcəkdir vəziyyət bir gün illa,
Yüksələcək hilalım göylərə illa.