

[**The Criterion Challange #16**](https://boxd.it/QFicU): [*Criterion Collection Prequels, Sequels, Remakes, and Reimaginings*](https://boxd.it/QHAmW) Gördüyüm ən möhtəşəm blockbuster ola bilər. *Ran* filmi özündə çox qalıcı anlayışları təsvir edir. Kurasawa öz möhtəşəm vizual narrativi ilə klassik arxetipləri çox ağıllı şəkildə kombinasiya edib. Diqqətimi çəkən məsələ hökmdarın qərarına oğlanın münasibəti idi; 3 ox ilə hökmdar övladlarına fikrini çatdırmaq istəyərkən o götürüb dizi ilə 3 oxu da sındırır. Bu hərəkətin mənasız olduğunu və sadəcə övladın atasını anlamadığını düşündüm. Ancaq film irəlilədikcə görürük ki, əslində o diz ayrılığın simvoludur; hökmdar təsəvvür edirdi ki, övladları birdir, ancaq realda isə hamısı ayrı – oxlar kimi tək idi. Və sonluğa yaxınlaşdıqca asanlıqla sınırlar. Film bizə göstərirki hər şey hər zaman gördüyümüz kimi deyil. Bəzən təvazökar, əxlaqlı kimi görünən şöhrətin axrasınca qaçan və qeyri-səmimi, impulsiv görünənlər isə əslində dürüst və həqiqəti üzə çıxarmağa çalışanlar ola bilər. Texniki tərəfə isə söz ola bilməz. Filmin simvolizmi, rənglərlə işləməsi, xüsusilə də rejissorun bu işi rəsmlər çəkərək canlandırması filmə ruh qatıb. Döyüş səhnələrinin detallı təsviri, insanların aldığı xəsarətlərin ətraflı göstərilməsi bizi filmin atmosferinə salır. Bildiyimə görə bu əsər Kurasawanın ən çox üstündə əziyyət çəkdiyi əsərdir. Filmi izlədikdən sonra deyə bilərəm ki, biz bunu filmdə çox aydın görə bilirik. Kor gözlər ilə belə bir şey yaratmaq, hələki xanımının öldüyü dönəmdə belə dəvamlılığı itirməmək rejissorun sənətə, öz işinə olan hörmətinin göstəricisidir.

[**Criterion Challenge #15:**](https://boxd.it/QFicU) [*Seth Rogen and Evan Goldberg's Closet Picks*](https://boxd.it/GgsOa) Breathless "*French New Wave"* - in ən böyük filmlərindən sayılır. Fransızların ümumiyyətlə filmə baxışları bu filmin arxasındaki ideologiya kimi olub və bu film də bu baxışın ən pik təzahürlərindəndir. Baxış bundan ibarətdir ki, film getdikcə darıxdırıcı olan dramaturji strukturda olmalı deyil, o özünü get gedə açmalı və yeni stillər tez-tez yoxlanılmalıdır. Müdafiə olunan kommersiv dəstəyin əsassızlığı və maddi zəifliklə belə güclü sənət nümunəsinin yaradıla biləcəyidir. Fransızlar belə ideyanın ən böyük təmsilçiləridir və əksəriyyətinin fikrincə qısa scriptlərdən, rastgələ anlardan belə çox dərin işlər yaratmaq mümkündür. Breathless bu estetik proqramın çox uğurlu bir nümunəsidir. Filmin texniki cəhətdən inqlabı onun digər qızıl nöqtələrini kölgədə saxlayır. İzlədiyim digər fransız filmlərində bu cür axıcılıq hiss etməmişdim. Buna əsas səbəb tez-tez "cut" - ların işlədilməsi idi. O zamanlar kameranın görünməz olması, filmin film olmasını hiss etdirməməsi çox vacib prinsiplərdən sayılırdı, Godard isə bu dəyişiklik ilə radikal mövqeyə düşür və bu yeni üslub ilə kino dünyasını tanış edir. Onun kamerası daima silkələnir, səhnədən səhnəyə keçir və özünü daima görünən edirdi. O dövrə görə bu tərzdən güclü iş çətin çıxardı, halbuki bu iş o dövrdə(1960) "Silver Berlin Bear"(İnternational Film Festival) mükafatını qazanmağı bacardı. Godardın qısa scriptləri çox bilinən bir şeydir və onun tipik xüsusiyyətlərindən sayılır. Bu filmdən başqa sadəcə bir filmini izləmişəm(Vivre Sa Vie) və deyə bilərəmki bu filmi qısa olmaqla birgə eyni zamanda qəsdən, nisbətən daha sadə strukturda qurulub və hekayə hər hansısa bir nəticəyə gəlmir. Bu nöqtədə izləyici intuitiv olaraq baxıb deyə bilərki bu sadə və məqsədsiz hekayə bizə nə çatdırmaq istəyir? Məsələ isə filmin məqsədsiz olması deyil. Filmin məqsədi var, ancaq teleoloji strukturda olmadığı üçün bunu hiss edə bilmirik. Godard bu seçimi ilə daha da sərhədləri aşır və düşünürəmki bunun arxasındaki səbəb öz dövrünün zirvə ideyalarındandır. Dərinlik, keyfiyyət təkcə qoyulan sualın ya da gəlinən nəticənin böyüklüyündə deyil, bunları biz eyni zamanda gündəlik həyatın reallığının təsvirində də tapa bilərik. Rejissorun qarşı gəldiyi əsas məsələ filmlərin həddən artıq dramatik səhnələrlə obsessivləşməsi idi və buna görə də kino artıq elə nöqtəyə gəlmişdi ki, sanki dramaturgiya olmadan kino mövcud ola bilməzdi. Bütün bunlara qarşı olaraq bizi "jump cut" larından əlavə 20 - 25 dəqiqəlik dialoqu ilə baş başa qoyur, hansıki ən sevdiyim səhnələrdən biri oldu. Bizə göstərirki nəinki o kuliminativ nöqtələr, həmçinin cüzi mimikalar, kiçik danışıqlar bizə çox şeylər deyə bilər. Məna isə obrazlar haqda məlumat yox, dialoqun bizə bağışladığı hiss ilə bağlıdır. Bu ideyanın kinoya dəstəyi şübhəsizki böyükdür. Obraz təsvirləri üçün və eyni zamanda psixoloji mövzudaki filmlər üçün bu tərz qaçınılmazdır. Məsələn "*Before*" trilogiyası gözəl nümunədir. Son olaraq filmin quru sferasından ayrılıb əsas ruhuna, yəni onun məqsədsizliyində, rastgələliyindəki məqsədə nəzər salmaq istəyirəm. Filmin yekun olaraq bizə yaşatmaq istədiyi gündəlik həyatın necə hiss etdirməsi və bunun içindəki gözümüzdən qaçan nöqtələrdir. Film bizi əksər işlərdəki əksikliklərin mükəmməlliyindən aralaşdırır və bizi obrazların, hadisələrin irrasionallığı ilə baş başa qoyur. Film tənqidlərinə nəzər salsanız fikrimcə ən azı bir nəfər çıxar ki, səbəb - nəticə əlaqələrindəki problemi tənqid olaraq bildirsin. Ammaki elə məhz bu da filmin çatmaq istədiyi nöqtədir, bizə həyatda olmağın, yaşamağın həqiqətən necə hiss etdirdiyini təsvir etmək. Realist üslub nəzərdə tutmuram, ancaq bu film bizə daima film izlədiyimizi xatırladır. Bir növ meta-realizm deyə bilərik. Sonda sadə şəkildə hər hadisə sona çatır və yenə də qız sual ilə qalır. Biz bilmirik nə necə oldu və necə olacaq. Obrazlar haqda tam fikrimiz yoxdur. Bu kino reallığı təqlid etmir; hadisələri bükərək, karikaturaya çevirərək, ironik təsvirlərlə reallığı izah edir. Bu kinonun əsas sualları bunlardırki insanlar həqiqətən özləridirmi yoxsa qəbul etdikləri? İnsan formalaşarkən cəmiyyətin, ətrafının və özünün bu dəyişimdəki rolu nə qədərdir və s. və i.. Breathless kinonun limitlərini aşan, kinonun estetik sərhədlərini genişləndirən film nümunəsidir və şübhəsizki usta işidir.

