Ran
The Criterion Challange #16: Criterion Collection Prequels, Sequels, Remakes, and Reimaginings
Gördüyüm ən möhtəşəm blockbuster ola bilər. Ran filmi özündə çox qalıcı anlayışları təsvir edir. Kurasawa öz möhtəşəm vizual narrativi ilə klassik arxetipləri çox ağıllı şəkildə kombinasiya edib. Diqqətimi çəkən məsələ hökmdarın qərarına oğlanın münasibəti idi; 3 ox ilə hökmdar övladlarına fikrini çatdırmaq istəyərkən o götürüb dizi ilə 3 oxu da sındırır. Bu hərəkətin mənasız olduğunu və sadəcə övladın atasını anlamadığını düşündüm. Ancaq film irəlilədikcə görürük ki, əslində o diz ayrılığın simvoludur; hökmdar təsəvvür edirdi ki, övladları birdir, ancaq realda isə hamısı ayrı – oxlar kimi tək idi. Və sonluğa yaxınlaşdıqca asanlıqla sınırlar. Film bizə göstərirki hər şey hər zaman gördüyümüz kimi deyil. Bəzən təvazökar, əxlaqlı kimi görünən şöhrətin axrasınca qaçan və qeyri-səmimi, impulsiv görünənlər isə əslində dürüst və həqiqəti üzə çıxarmağa çalışanlar ola bilər. Texniki tərəfə isə söz ola bilməz. Filmin simvolizmi, rənglərlə işləməsi, xüsusilə də rejissorun bu işi rəsmlər çəkərək canlandırması filmə ruh qatıb. Döyüş səhnələrinin detallı təsviri, insanların aldığı xəsarətlərin ətraflı göstərilməsi bizi filmin atmosferinə salır. Bildiyimə görə bu əsər Kurasawanın ən çox üstündə əziyyət çəkdiyi əsərdir. Filmi izlədikdən sonra deyə bilərəm ki, biz bunu filmdə çox aydın görə bilirik. Kor gözlər ilə belə bir şey yaratmaq, hələki xanımının öldüyü dönəmdə belə dəvamlılığı itirməmək rejissorun sənətə, öz işinə olan hörmətinin göstəricisidir.