The Criterion challange #3: Watch a film with a color in the title
Şübhəsizki bunu seçəcəkdim, çoxdandır ertələdiyim filmlərdən idi. Kieslowski məndə maraq oyadan rejissorlardandır, onun bulanıq fikirləri və filmləri diqqətimi çox cəlb edir. Bu trilogiyada 3 rəng götürür hansıki fransız bayrağının rəngləridir və onları araşdırır. Fərqinə vardığım belə bir nüans var. Kieslowski, bu rənglər insana hansı mesajları və hansı emosional təsirləri ötürə bilərsə, onları filmdə təsvir etməyə çalışır. Və sonda isə ortaya həmin o problemi çıxarır: kollektiv və fərdi dəyərlərin necə kəsişdiyini və bir-biri ilə əks qütbə düşdüyünü.
Three colors: Blue azadlıq simvolu kimi qəbul edilən mavi rəngi araşdıran filmdir. Ancaq ilk baxışdan gözlənilən kimi siyasi yox, biraz daha psixoloji səviyyədə araşdırılır bu mövzu.
Mövzu haqdaki detallara girmədən texniki səviyyədə filmə toxunmaq istəyirəm. Filmdə insanı çox özünə çəkən iki məsələ aktyorluq və yaradılmış atmosferdir. Bu tipli aktyorluqları çox bəyənərəm, qadının üzündəki bu donuqluq obrazın psixoloji vəziyyətini üzə çıxarmağı çox əla şəkildə bacarıb. Yaradılan atmosfer isə bu aktyorluqla mixlənəndə ortaya çox əla bir izləyici təcrübəsi çıxır. Filmdəki bəyənmədiyim yeganə məsələ çoxlu simvolizasiyanın olması oldu. Bunun filmi zənginləşdirdiyi danılmazdır, ancaq simvolların belə bariz və təkrar-təkrar göstərilməsi bizə film izlədiyimizi xatırladır və rejissor istədiyi şeyi tam təsvir edə bilmir. Kieslowski bizə meditativ təcrübə bəxş etmək istəyib, ancaq biraz artıq simvolizasiya bizi bu təcrübədən azca qoparıb.
Mavi rəng dedikdə böyük ehtimal ilə ağlımıza gələn ilk şey melanxolik situasiyadır. Tragediya ilə başlayan film baş obrazda belə hisslər oyadaraq hadisələri dəvam etdirir. Film keçdikcə isə bu hissin detallarına və nəticələrinə enirik: boşluq, emosional donuqluq, izolyasiya, ümidsizlik və s. Nəyə görə belə emosiyalarla dəvam etdi bu melanxoliya? Axı qəbullanma prosesi birbaşa da gedə bilərdi və qadın tez bir şəkildə bu "state"-dən çıxardı. Çünki qadının seçdiyi bu idi. O "pure" azadlıq istəyirdi və bunun yolunun hər şeydən imtina etmək olduğunu düşünürdü. Ancaq bu yol onda rahatlıq yox, belə hisslər yaradır.
Kieslowski bizə burada yaranan problemi açır. İnsanın necə kənar şeylərdən asılı olması üzə çıxır. Qadın istər istəməz insanlarla empatiya qurur. Həyat yoldaşı haqda öyrəndiyi müəyyən gerçəklər əslində onun xatirələrinin dəyərini gözündən salır. Keçmişi qoruyurdu və ona dönmək istəmirdi. Ancaq "Persona" filmindən yaxşı replik düşür yadıma bu məqamda: Yaşam dışarıdan sızar insanın içine. İnsan həyatdaki təcrübələrin və tanıdığı insanların kolleksiyasıdır, Julie isə bu kolleksiyanı–özünü yox etmək istəyirdi. Ancaq başdaki intihar səhnəsi kimi yenə də uğursuz olur.
Sonda o azadlığı qucaqlayırmı? Artıq burada azadlığa definition verilməlidir. Əgər azadlıq hər şeydən qopmaq və heç nədən asılı olmamaqdırsa, təəssüfki o uğursuz olur. Ancaq əgər azadlıq bu məcburi seçimləri şüurlu olaraq seçib onları qəbul etməkdirsə və öz təbiətini inkar etməməkdirsə, o uğura çatır. Biraz realist olaq, birinci daha optimal definitiondur, ikinci isə daha çox komformist bir illüziya. Kaş təbiətimiz uyğun olsa(olmasa) və birinci haldaki kimi perfect state də ola bilsək, ancaq şərtlər daxilində ikinci hal daha optimaldır. Bəlkə də elə insan olmaq bu deməkdir, kim bilə bilərki.
Tragediya ilə başlayıb sanki rahatlıq və şadlıq ilə bitən bir iş. Blue elə bir filmdirki göz yaşları su ilə qarışır və insan öz təbiətini qucaqlayır. Red dən daha çox bəyəndim bu filmi, çox gözəl bir təcrübə oldu.