Berqmanı öz işində ustad edən onun insanları, situasiyaları və ətraf mühiti güclü qavrama qabiliyyətidir. Nəinki bu film, digər işlərinə də baxsanız onun bu bacarığını necə hədər etmədiyini anlaya bilirsiniz.
Berqmanın filmlərində obrazlar daima mərkəzdədir və daima araşdırılır. Kamera həmişə onların üzündədir; onların hər mimikasını izləyirik və dəyişimlərini müşahidə edirik. Obrazlar əksər hallarda normal davranar, ancaq sonradan o kəskin, eyni zamanda axıcı dönüşün şahidi oluruq. Bütün hər kəs öz qınından çıxır və danışılmayan əsas problemlər müzakirə olunur. Əvvəl və sondaki fərqlər kəskin olur, ancaq usta rejissor işi bizə bunu çox axıcı keçişlərlə, sünilik hiss etdirmədən təqdim edir. Eyni zamanda həmin o önəmli anlarda səhnə belə rənglərini itirir və sadələşir, matlaşır; sanki bizdən obrazlara maksimal dərəcədə fokuslanmağımız istənilir.
Scenes from a Marriage öz rejissorunun daha bir brilliant işlərindəndir. Bir cütlüyün münasibətinin və bununla birlikdə yaranan konfliktlərin şahidi oluruq. Bu filmdə araşdırılan mövzu sevgi, insanlarının bir birinə bağlanma səbəbi, marağın bitdiyi, yaxud yenidən başladığı yer, ümumi olaraq insanların, spesifik olaraq iki insan arasındaki bağlantıdır. Bu filmlə sevginin komfort zonası ilə birlikdə illüziya olmasının şahidi oluruq. Cütlüyümüzün dialoqu son dərəcə şəxsi və psixolojidir. Berqman elə çətin mövzulara daxil olubki, insan sadəcə izlədikdə belə onların arasına qarışırmış kimi hiss edir.
Kamera işi və stilin çox ustalıqla işlənməyini bildirməliyik. Obraz fokuslu olduğu üçün kameranın məsafəsi bizə aydındır, ancaq eyni zamanda kimin nə zaman göstəriləcəyi və kimin ümumiyyətlə göstərilməyəcəyi çox ağıllıca düşünülüb. Rejissor bizi o qədər fokuslamaq istəyibki, hətta cütlüyün uşaqlarını film boyu görmürük. Bəzən bir nəfər danışır və biz digərinin üzünü artıq görmürük, bəzən isə tamam başqa cür; belə bir kamera işi ilə izləyici elə gözəl yönləndirilirki, filmə adaptasiya olduğumuz təqdirdə rejissorun vermək istədiyi emosiyaları hiss etməmək əldə deyil.
Bəs yaxşı yaranan bu konfliktlər, kişinin azalan marağının bərpası necə baş verir? Berqman bizə sevginin formulasını vermir, ancaq münasibətin necə formalaşdığını və onun necə itməz olduğunu göstərir. O göstərirki, insanlar bir yerdən sonra artıq qarşı tərəfdəki spesifik tərzdən şeylər ilə yox, uzun zaman daxilində göstərilən səbr ilə bir birləri daxilində necə kök atırlar.
Kişi düşünürki başqa qadınla daha xoşbəxt olacaq, ancaq nədənsə dərhal marağını itirir. Səbəb aydındır; artıq öz həyat yoldaşından başqa o heç kimə o dərəcədə bağlana bilməz, çünki bu münasibətin özü köklüdür, 20 illikdir. İnsanlar bəzən bir birinə o dərəcə bağlanır və zamanla bir birinə o qədər öyrəşirki, öz bağlantılarının nə dərəcədə "unique" olduğunun fərqində ola bilmirlər. Bəzən müəyyən dövrlərdə bir birilərinə maraqlarını itirirlər yaxud qarşıdakında bəyənmədiyi nöqtələr olur, ancaq fərqində olmurlarki onlarla ortaq nöqtələri var bir neçə ziddiyət içində.
Scenes from a Marriage böyük işlərdəndir. Berqmanın izlədiyim altıncı filmi oldu. Nəinki İsveçdəki, dünyadaki universal problemlərə toxunulur bu filmdə. 281 dəqiqəlik versiyasına duxum çatmadı, gələcəkdə izləmək nəsib olar ümid edirəm, həm Fanny and Alexander-in "extended" versiyası, həm də bu.