**
The Criterion challange #5:*
Romance*
Bu dəfə
Zamin seçdi, necə də gözəl bir film seçib. Möhtəşəm bir sual var ortada: saf şüura sahib olub obyektivliyə malik olmaq və eyni zamanda təcrübədən kənar qalmaqmı, yoxsa hər şeyi hiss edib məhdud bilik, xaotiklik və ağrının içində çırpınaraq bu "unique" təcrübənin axınında olmaqmı? Mələk yoxsa insan olmaq, hansı üstünlüyü istəyirik və hansı əzabı daşımağa hazırıq?
Bəyənmədiyim filmlərin əksəriyyətində bir kino prinsipi varki onun pozulduğunu görəndə "rate"-i çox azaldaram. İzah etməyə çalışsam bunun adına "göstər, söyləmə" deyərdim. Fikrimin səbəbi isə film deyilən "field"-in ən böyük ayrıcalığı və "sehrli" elementinin şəkillər və onun hərəkəti olmasıdır. Bu element bəzi şeyləri elə gözəl çatdırırki, musiqidə səslər və kitabdaki "sehrli" cümlələr kimi. Hər sənət növünün bir əsas elementi varki, o elementə görə həmin sahə yaranır, buna görə də filmlərdə bunun dialoqlarla təhrif olunmasını istəmirəm.
Ancaq Wim Wendersin bu işi bu prinsipi görməzdən gəlməyimə səbəb oldu. Çünki filmdəki bu monoloqlar və uzun müzakirələr həqiqətəndə mühüm rola malik idi. Üstəlik o cümlələr elə idiki, onları başqa tipli göstərmək filmin strukturunu korlayardı. Rejissor necə də dürüst bir iş ortaya qoyub: filmdəki aktyorluqlar və danışıqlar qeyri-real və teatral görünür hər nə qədər reallıqdan parça kimi təqdim olunsa da, ancaq buna baxmayaraq film heç də süni hiss etdirmir, əksinə insanda çox güclü emosiyalar oyadır.
Filmdəki gördüyüm yeganə əksiklik kinematoqrafik hissədə oldu, hər nə qədər çox insan tərifləsə belə. Stilə nəzər saldıqda həqiqətən fərqlilik sezilir və innovativ olduğu ortadadır. Ancaq deyərdimki üstündə biraz daha işlənilib incəlik artırıla bilərdi. Məsələn ağ-qara formatdan rəngliyə keçilmə məsələsini çox da bəyənmədim, çünki kifayət qədər kreativ deyildi. Sadəcə bu nüansı bəyənmədim, ancaq qalan hər bir şey çox mənalı və ağıllı çəkilmişdi.
Arzu. Qoxlamağa, duymağa, sevməyə olan arzu. Arzuki bizi həmişə yüksəklərə qaldırır, ancaq bəzən də yerdən yerə vurur. Ancaq bu ağrılara baxmayaraq özümüzə bəhanə tapır və ümidlə hərəkətə dəvam edirik. Ümid, hərəkətə olan həmin o arzu və insanlığın həmin o formulası. Film necə də maraqlı mövzunu ələ alıb:
Wings of Desire. Bəzi insanların interpretasiyasına qatılmıram: fikrimcə film təkcə yaşamın önəmindən danışmır və onu idealizə etmir, onu hər tərəfli analiz edib insanın təcrübəsini bizə göstərməyə çalışır və bizim seçim etməyimizi istəyir. Yəni burada sevginin yaxud da başqa bir mövhumun romantikləşdirilməsindən söhbət gedə bilməz.
Hələ o sondaki səhnəni demirəm, həqiqətəndə romantizasiyanı başa düşürəm insanlardaki, çünki çox güclü idi. O qədər güclü idiki birdə hisslərimi dostuma deyib təhrif etmək istəmədim. Wim Wenders in stilini çoxda bəyənmirəm, ancaq necə də gözəl insandır. Onun səmimiliyi insanın içini isidən tipdəndir və buna görə də filmləri möhtəşəmdir. Hələ sondaki Ozu Yasijiro, Andrey Tarkovsky və Truffaut a jestini demirəm, belələrindən nümunə götürən insan təbiiki möhtəşəm olar.
Tez-tez stilimi itirirəm yazarkən. Başladıqda sanki deməyə bir şeyim olmur, amma bitirəndə sanki az yazmışam kimi hiss edirəm. Bunu da çox uzadardım, ancaq detallara girmək o qədər sıxıcıdırki..