Ugetsu yapon qızıl dövrünün klassiklərindən biridir. Gördüyümüz sadə qurulmuş, ancaq mövzu cəhətdən kompleks bir işdir. Mizoguchi də belə bir seçilən xüsusiyyət varki, onun filmlərində qadınların rolu mühüm olur; kişilər ehtirasın və arzunun qurbanı, qadınlar isə fəzilətin və sadiqliyin simvoludur. Bu filmin özü də 16-cı əsrin feodal kapitalist mühitində şöhrətin, pulun ehtirasına qapılan iki obrazımızı araşdırır.
Bu filmdə destruksiyanı gətirən, iki məsələnin paralel şəkildə insanları korlamasıdır; müharibə və pul. Müharibə sanki fitili yandırır, pul isə benzin kimi ortalığı alovlandırır. Ortaq nöqtə isə şöhrət və gücdür, hansıki insanlar qeyri-şüuri olaraq bunların əsirinə çevrilir. Rejissor bu konsepti möhtəşəm şəkildə qavrayıb, kinoya proyeksiya edib. Alınan nəticə transsendent və ruhlarla bəzənmiş bir hekayədir.
Filmin çərçivəyə saldığı əsas məsələ müharibə etikasıdır. Göstərilirki müharibə insanların içindəki heyvani təbiəti necə üzə çıxarır; qadınlara təcavüz edilir, insanlar reallıq ilə illüziyanı fərqləndirə bilmir və əksəriyyət arzularının hərisi olur. Film yekun olaraq bizə ənənələrə qayıdışın gözəl tərəfini və həqiqi olanın sevdiklərimizdə olduğunu göstərir. Göstərirki insanın xoşbəxtliyi həmişə arzularında yox, bəzən elə düz yanındakılardadır.
Müharibə tənqidi və ailə dəyərlərinin ucaldılması təbiiki təsadüfi deyil. Yaponların kino sferasındaki reflektivliyinə heyranam. Adama deyərlər biz də çıxmışıq da müharibədən, min cürə məşəqqətlərdən biz də keçmişik. Niyə onlardan çıxan Tokyo Story, Sansho, Harakiri, bizdən çıxan isə ucuz komedik nümunələrdir ki adını belə çəkməyə dəyməz? Düşünürəmki, bu film özü özlüyündə zamansızdır və xüsusilə də bizim millətin yaponların bu dövrlərini kəşf etməyə ehtiyacı var. Deyəsən onların faşizmi, bizim sosialist rejim kimi ümid toxumlarını öldürmədi.