**
The Criterion Challange #10:**
King Princess's Top 10Zamin seçdi. İlk baxışdan klassik daxili konflikt, obsessivlik, peşmanlıq kimi məsələlərin təsvirinə bənzəyir. Ancaq bu filmi digərlərindən ayıran bir sıra faktorlar var. Adətən musical nümunələr məni çəkməz, ancaq bu elə filmdirki onsuz məsələ çəkicilik yox, baş obrazla film boyu eyniləşməkdir.
Bəs nəyə görə eyniləşmək? Bu empatiyanın səbəbi filmin texniki strukturu ilə əlaqəlidir. Empatiya dedikdə daha çox daxili əhval-ruhiyyəsini nəzərdə tuturam, hansıki bu cəhətdən obrazı qavradığımız təqdirdə digər hisslərinə asanlıqla "access" edə bilirik. Strukturdaki epizodik və melodik təkrarlanmalar bizə bu monoton və sıx həyatın darıxdırıcılığını və ağırlığını yükləyir. Həm də bu təkrarlanmaları "musical" bolluq da müşaiyət edir və beləcə sanki baş obraz kimi bizim də bir növ başımız partlayır və enerjimiz tükənir.
Federico Fellininin 8½ filmindən ilhamlanılaraq çəkilmiş filmdir. Təbiki o filmin və Fellininin heyranı olaraq bunu bildirməsəydim olmazdı. Bu ilhamlanma avtobioqrafik stil və meta-teatrik səhnələrlə məhdudlaşmır. Baş obrazımızın daxili çəkişmələri, ilhamsızlığı və arvadbazlığı elə həmin filmdən
Guido obrazının xüsusiyyətləridir. Ancaq arada belə bir fərq var: Fellininin əsərində hökm sürən xaotizm poetik xarakter daşıyır,
All That Jazz- da isə bu sadəcə olaraq destruktivdir.
Maraqlı bir obrazla tanış oluruq bu filmdə: hər şeyə nail olan və heç nə ilə yetinməyən yaradıcı bir subyekt. Bəli perfeksionistdir, ancaq mən onu bu etiketlə limitləməzdim. Öyrəşdiyimiz arxetipdə adətən daha gənc və hirsli fiqurlar görürük, kimlərki hələ yollarının başlanğıcındadırlar. Ancaq buradaki fiqur artıq karyerasının pik nöqtələrindən birində(bunu tamaşaya qoyulan sərmayenin böyüklüyündən görə bilirik) performans sərgiləmək üzərədir. İntellektualdır və bayağılığa tab gətirə bilmir. Filmin özü kimi bu obraz da radikal fiqurdur, ancaq bu inadkar təbiətinə nəzərən bir o qədər də passiv və enerjisi tükənmişdir.
Öz yüksək tempi ilə ekran başında saxlayan bu film alışılan sonluqla da bitmir.
All That Jazz ustalıqla yaradılan və şiddət, peşmanlıq, yorğunluq və xəyanətlə dolub daşan bir işdir. Film öz rejissorunun "internal" dünyasının səhnəyə proyeksiyasıdır və öz mövzusuna aid digər filmlərə nisbətən kreativ nümunədir. Bəlkə də "musical" filmlərin ən böyüklərindən.