Ozu Yasijiro şübhəsizki hər filmsevərin tanımalı olduğu kanon rejissorlardandır. Minimalistik kino və sadə "story"-lər ilə güclü konsepsual dərinlik yaratmağı bacaran, özünəməxsus stili ilə seçilən sənətkardır. Maksimalist sənət növü olan filmlərdə, açıq-aydın bilinirki bir rejissor kimi sənin "tool"-larının sayı digər sənət növü ilə məşğul olanlardan çoxdur. Ancaq Ozu bunları o qədər az işlədirki, bir kino kimi olabiləcək maksimum minimalist experience alırsan. Sanki o çox şeyi limitləyərək kinonun limitlərini aşır və təbiətini sındırır.
Late Spring, Tokyo Story ilə birgə onun ən çox tanınan filmlərindəndir.
The Criterion Challenge #1: 20th Anniversary ReleasesHiss edirəmki bu challenge çox maraqlı olacaq. Tez bitirmək istəyirəm, çünki Criteriondaki filmləri görmək üçün səbirsizlənirəm. Hə bir də kollekviumlar filan gələcək aktiv baxa bilməyəcəm..
Dostumla başladım, ümid eliyirəmki istədiyim kimi bitirərəm. Bu "challenge"-ın sonunda 100-ə yaxın, bəlkə də daha çox Criterion filmi izləmiş olacam.
Late Spring sadə bir ata-qız hekayəsidir. Filmdə gözümüzə batan əsas nüans nəsillərarası konfliktdir. İki nəsil də qismən də olsa bir-birini anlaya bilir əslində, ancaq böyük "view"-u heç bir tərəf görə bilmədiyi üçün əzab sonda qaçınılmaz olur. Minor hekayədir: bir qızın ənənələrə uyğun olaraq evlənmə vaxtı çatır, hansıki bu ənənəyə uymaq istəmir. Bəs yaxşı belə kiçik və demək olarki durğun hekayədə intense olan şey nədir? Nədirki bizi ekran başında saxlayar və biz həqiqətən də deyərik ki nə yaxşıki bu filmi izlədim?
Filmi ilk izləməyə başladıqda qurulmuş struktura yad kimi baxırıq. Ancaq diqqətlə kinonu izlədikcə və ritmlə ahəngə düşdükcə, rejissorun zamanla necə ustalıqla işlədiyini, sadə danışıqlar və gündəlik münasibətlərə fokus ataraq necə incə detalları açdığını və cəmiyyətdaxili mühüm nüanslara toxunduğunu açıq aydın sezirik. Ozunun kamerası film boyu çox nadir tərpənər və eyni hündürlüklərdə olar(70-90 sm), elə hündürlük ki insan oturanda başı o hündürlükdə qalsın. Bu adam kinematoqrafik dahidir, çünki öz humanist ideyalarını kamera ilə ustalıqla birləşdirib. Ozunun kamerasının xaricində heç bir hadisə baş vermir: kimsə kiçik danışıq aparsa belə sən izləyici kimi onu eşitməli və görməlisən. Filmdəki kuliminativ nöqtələr xüsusilə izləyicinin gözündən uzaqlaşdırılır. Çünki vacib olan şeylər onlar deyil, o nöqtələrə bizi çatdıran həmin o "kiçik" hadisələrdir. Filmdəki insan olmayan səhnələr bərabər zamanla göstərilir: Ozu belə bir reprezentasiya ilə heç bir səhnəni digərindən üstə qoymur.
Film sonlara yaxın heç hiss etmədiyim bir hissi yaratdı məndə, hansıki tam təsvir edə bilmirəm. Ümumi olaraq Yasijironun kinoları zaman mövzusu üzərində fırlanan və onun ağırlığını üzərimizə çökdürməyə çalışan tipdəndir, hansıki bu tipdə bir çox böyük filmlər izləmişəm. Ancaq onlarda hiss etdiyim kimi dağılmış hiss etmədim, sanki o hissdən biraz azaldılıb comfort hissinə "boost" atılıb. Qızın sonda çarəsiz şəkildə evlənməsi dərin və qəribə tipdən kədər oyadır insanda. Film bizə şəxsi-emosional deyil, istiqanlı bir geniş baxış təklif edir. Buna görə də nəticə və dəyişikliklər kəsilir: qızın dəyişimi zamanı üzündəki emosiyanı bir "cut" ilə görmürük, qızın evlənmək təklifi barədə 1 həftəlik düşüncəsi bizə naməlumdur, ən əsası toy səhnəsi bizə müəmmadır. Bütün bunlar bizdən emosiya oğurlamır, bizə yeni hisslər qazandırır. Kinodakı abu-hava və estetika tapılmayan tərzdəndir. Filmdə hələ bir "vase cut" səhnəsi varki, böyük diskusiyaya səbəb olub və kino tarixindəki ən güclü səhnələrdən hesab olunur.
Late Spring modern və konservativ dünyalar arasındaki münasibət və mübahisəni, eyni zamanda bunun ortaya çıxardığı qaçılmaz nəticələri "examine" edən əsərlərdəndir. Baxılmalı və araşdırılmalı filmlərdən. İzlənilə biləcək ən "humble" və sadə işlərdəndir, hansıki qazanılan təcrübə əvəzsizdir. Təkcə filmdəki hadisələr əsas deyil, filmin kinematoqrafik dili "deep dive" edilməli olan ideologiyadır..
Rejissor ilə tanışlıq üçün qısa videoMəhşur cut səhnəsi