**
The Criterion Challange #6: **
Queer CinemaBu filmin niyə bu kateqoriyada olmasını anlamadım. Mövzusu bu haqda deyil və "queer" anlayışı ilə bağlı sadəcə cüzi elementlər görürük, hansıki Mishimanın həyat yoldaşı da mənfi münasibət bildirib bu məsələyə. Gözəl filmlərdəndir, hətta bəziləri üçün çəkilmiş ən böyük biopicdir.
Mishima: A Life in Four Chapters məhşur yapon yazıçısı
Yukio Mishima-nın həyatını təsvir edən filmdir. Çox ağıllı şəkildə qurulub və normal bioqrafiyadan stil olaraq çox fərqlənir.
Paul Schrader ustalıq və yaradıcılığını nümayiş etdirib bu filmlə.
Taxi Driver, Raging Bull kimi işlərin ssenarisini yazan şəxsdən belə bir iş gözləniləndir. Biz bəzən Mishimanın xəyallarında, bəzən xatirələrində, bəzən isə real halına nəzər salırıq. Film bizə baş obrazın ideologiyasından çox, onun daxili dünyasını göstərir və öz şəffaflığını saxlayır.
Filmin texniki tərəfi çox möhtəşəm şəkildə qurulub. Xüsusilə kinematoqrafiya və musiqilərini çox bəyəndiyim hissələrdən oldu. Filmdəki sound təkrarlanaraq xarakterin obsessivliyini biraz daha canlandırır və melodiyaları da obrazımızın özü ilə elə güclü oturubki, sanki ümidin, yaradıcılıq və marağın partlayışı kimi idi. Filmin 4 hissəyə bölündüyünü qoyaq qırağa, vizual stil olaraq 3 cürə çəkilmişdi. Xatirələr ağ-qara formatda, xəyallar(kitablar da demək olar) biraz daha dolğun və soft rənglərdə, cavanlığı isə nostaljik tonlarda təsvir olunub.
Bu yazar çox maraqlı fiqurdur. Mishima uşaq vaxtlarından həyatında bədbəxtliklərə düçar olub və bu da onun daxili dünyasına çəkilməsinə və yazarlıqla məşğul olmasına səbəb oldu. Nostaljik fikirlər və keçmişin verdiyi yüklərlə dolub daşmış bu insan sənətin təcəssüməsi olmaq qərarına gəlir. O öz mənasını qurmağa çalışmadı; hər şeyi sənətə çevirərək onu öz kölgəsi etdi və nəticədə bu onu formalaşdırdı. "Polymath" obrazdır: bir çox sahəyə, dolayısı ilə struktur, sistemə bələddir və bu geniş idrakı ona bu sistemi sındırmağa kömək etdi. Hər şeyi sındıraraq göylərə qalxdı və sonda o göylərdə ağ-qara reallığı rənglərlə qucaqlaşdı.
Öz həyatına son verən bu obraz insanın beyninə belə bir sual salır: beləmi olmalıdır, şadlığın və yaradıcılığın formulası bu ola bilərmi? Mishimanın milliyətçi fikirləri və narsisistik xüsusiyətləri filmdə təsvir olunmayıb, heç mən də bunu zəruri görmürəm. Film bizə insan qabiliyətini, limitlərini və həyatda gözəl ola biləcək şeyləri göstərir.
Mishima: A Life in Four Chapters bizə individual dəyərlərin önəmini xatırladır və bunlarla bəzənən həyatın rəngarəngliyini vurğulayır. Bu filmlə biz bir şəxsin əzab əziyyətlərini və bunlardan qurtuluşunu görürük. Baxılmalı olan böyük biopiclərdəndir.