Film özünü "radikal", "dərin" kimi etiketləməyə çalışır, ancaq biraz daha diqqətlə baxanda görünürki bu film də elə sistemin özünü təhlükəsiz şəkildə tənqid etməsidir. Bu animasiyanı düzüb qoşan çox ağıllı insandır; çünki kütlənin damarını tutmağı yaxşı bilir. Bilir axı proletar ancaq kinik düşüncədəki qəzəbli insanlarla doludur. Donuzlarla George Orwell kimi kanonlaşmış yazara olan referens, üstəlik bu güc mexanizmini ontoloji kinizm və pessimist düşüncəyə inteqrasiya etmək strateji tipdəndir. Məqsəd aydındır; film müəyyən kütləni hədəfə alır və passivləşdirici düşüncələri təbliğ edir. Və bu da sistemə sərf etdiyi üçün animasiya onlarla mükafat alır. Elit təbəqəyə sərf edir, çünki passiv kütləni idarə etmək daha asandır.
Biraz öz fikirlərimi yazmaq istəyirəm, texniki tənqiddənsə. Filmin qaçırdığı(və ya iqnor etdiyi) nüans budurki bu güc ierarxiyası tarixən təkrarlansa da heç nə tam olaraq dəyişməz qalmır; vəziyyət dövri yox, spiralvaridir. Hər keçən gün insan hüquqi və fiziki cəhətdən daha da azadlaşır, institutlar qərar qəbul edərkən daha da diqqətli davranır və hər keçən gün müharibələr daha da azalır. Bəli, güc yenə də etdiyini edir; zalımlıq hələ də hökm sürür, ancaq başqa formada; informasiya çoxdur və manipulyasiya, incə şəkildə kontrol(oyuncaq siçan) hələ də mövcuddur, müasir fərd hələ də müəyyən qədər qəfəsdədir. Ancaq məsələ budurki bu elit təbəqədə yalnız insanın xəyallarında mövcud olan fəziləti axtarmağımız çox utopik yanaşmadır. Biraz klişeləşmiş düşüncə olsa belə deməliyik ki, hər bir insan pislik edir, sadəcə olaraq elit təbəqə pisliyi daha yaxşı edə bilir(pişiklər də bir birini qırırdı). Pis onsuzda var, problem insanın bunu kontrol edə bilməməsidir(zəncirlərə görə); bəli burjuaziya acgöz və qəddar sayılır, axı qurduğumuz sistem bunu mükafatlandırır(animasiyadaki yemək verən). Vətəndaşın ən optimal davranışı fərdləri günahlandırmamaq, sistemdəki problemlərin fərqində olmaq və heç nəyə aldanmamaqdır. Kinik düşüncədə problem yoxdur, ancaq metafizik və ontoloji hökm verməyi qəti şəkildə düz hesab etmirəm; sadəcə 2000 illik filan qısa bir intervala nəzər salaraq "insan belədir", "filan şey həmişə belə olacaq" kimi iddialar düzgün səslənmir.
Ümumi olaraq Dinner for Few ümid verən tipdən animasiya deyil, not my type. Tragediya burdadırki bu tipli işlər müəyyən tipli subyektlər yaratmaq üçündür və təəssüfki sistemin işləməsi üçün bu subyektlərə ehtiyac var.. Bilmədim indi bu film manipulyativdirmi, yoxsa formalaşdırıcı. Yazmalı və tənqid etməli bol bol nüanslar var 10 dəqiqəyə baxmayaraq, ancaqki səhər saat 5 dir yatmalıyam😔. Həvəsim qaçıb film izləyib yazmağa.