Təvazökar, empatik, saf bir film nümunəsi. Toplayıcılar haqqında yox, Agnes və toplayıcılar haqda bir dokumentariya.
Gördüyüm ən səmimi və canayaxın filmlərdən biridir. Toplayıcılıq anlayışının mənşəyi tarladaki artıqları yığmaqla bağlıdır, ancaq rejissorun kamerası bizə hər kəsin sanki başqa cür toplayıcılığını göstərir. Biraz keçdikcə görürsənki artıq meyvələr filan yox televizorlar, digər elektronik və mexanik parçalar toplanır, onlar ya satılır ya da hətta onlardan sənət nümunələri yaradılır. Bütün bunların timsalında isə Agnesin kamerası bu toplayıcıları toplayır.
Film nəinki sosial - iqtisadi problemlərə toxunur, həmçinin rejissorun öz dünyasını da təsvir edir. Presence lik hər saniyə hiss olunur. Agnes Varda gah insanlara nəzər salır, gah da özünə, yaşlanmağına və zamanın axıb getməsinə. Bizə insanların və eyni zamanda hər şeyin keçiciliyini və kiçikliyini hiss etdirməyi bacarıb. Ancaq bununla yanaşı həyata necə ümidlə baxdığını və yaşamağı, insanları necə çox sevdiyini görürük. Necə də zərif və gözəl insandır, çox bəyəndim onu bir insan kimi, nəinki rejissor. Bu insanın artistic ustalığı yüksək səviyyədədir, çünki 1 saat 20 dəqiqəyə belə dolğun təsvir, üstəlik dokumentariya ilə heç asan deyil.
Tullanım belə subscriptiona. MUBİ sənin serverlərivə nə deyim olsun.. Keyfiyəti də ayarlamağ olmur heç. 144p dən dəli oldum