AZE
**
The Criterion Challange*
#9: Random Number Generator* (
yarmarkada satılan corndogum random seçdi)
Mənim kimi erotik filmlərə qarşı məsafəsi olan biri üçün bunu
Love ilə eyni gündə izləmək bir işgəncə oldu. Özü də qələt edib səhər dedim ki, çox pozitiv oyanmışam.
“Arabian Nights” (Min bir gecə), trilogiyanın üçüncü filmi olaraq, 1971-ci ildə çəkilmiş The Decameron və 1972-ci ildə çəkilmiş The Canterbury Tales filmlərindən sonra qədim, Rable üslubunda olan hekayələri müasir ekranlara qaytarır. Orta əsr Avropası, İngiltərə və Yaxın Şərq müvafiq olaraq Pasolininin kapitalizmdən əvvəlki dünyanı araşdırması üçün bir alan ayırır. Bu dünya və mühit kapitalizmin bir sıra məcburedici prinsiplərindən (buna seksual münasibətlərin əmtəələşdirilməsi və kommersivləşməsi, bədənlərin institutlaşdırılması və kütlələri din və etnik mənsubiyyətdən daha dərindən və gizli şəkildə idarə edən sərt əxlaq sisteminin formalaşdırılmasından) əvvəl mövcud idi. Pasolini qardaşımız bu filmlə qərbin dayatmış olduğu sərhədləri bir-bir qırmağa çalışaraq şərqin dünyasını xam və daha instinktiv bir perspektivdən biz izləyicilərə təqdim edir.
Bu filmi özündən əvvəl gələn filmlərdən (sələflərindən) ayıran bir fərq nəzərə çarpır. Bu film hər hansısa dəqiq mövcud müəllifi olan şəxsin əsəri əsasında səhnələşdirilməyib (Giovanni Boccaccio tərəfindən yazılmış və 1353-cü ildə nəşr olunan The Decameron və şair və dövlət xadimi Geoffrey Chaucer tərəfindən yazılmış, yarım əsrdən az müddət sonra nəşr olunan The Canterbury Tales). Halbuki One Thousand and One Nights (Min bir gecə) əsərinin dəqiq mənşəyi bizlərə hələki məlum deyil (gələcəkdə ortaya çıxarmı o da müəmmadır).
Diqqət çəkən əsas məqamlardan biri filmin strukturudur mənə görə, çünki o parçalı, epizodik və bir-birinə sərbəst bağlanan hekayələrdən ibarət olması film tarixində fərqlənən işlərdən biri edir. Bu da filmi klassik narrativdən uzaqlaşdırır və daha çox axıcı, demək olar ki, yuxu kimi bir təcrübəyə çevirir (arada yuxunuzu həqiqi mənada gətirəcək qədər həm də). Hadisələrdən çox hisslər ön plana çıxır da deyərdim. Səbəb-nəticə əlaqəsi zəifləyir, əvəzində isə atmosfer və vizual poetika güclənir. Lakin bir şeyi vurğulamalıyam ki, vizual effektləri gözlərimi qanadırdı. O aslan səhnəsi, qızın bədəninin parçalara ayrılması və digərləri. Vizual poetika var, amma keyfiyyətin özü sanki geri planda qalmış kimi idi.
Eyni zamanda film erotizmi çox açıq şəkildə təqdim etsə də, bu, kommersiya məqsədli və ya süni deyil. Aşağıda sizə verəcəyim mənbədə qeyd edilənə görə Pasolini üçün bədən ayıb və ya gizlədilməli bir şey deyil. Əksinə, həyatın təbii və ayrılmaz hissəsidir. Bu yanaşma filmi həm cəsarətli, həm də müəyyən mənada narahat edici edir, çünki tamaşaçını öz sosial və mədəni “comfort zone”undan çıxarır (hansıki mənə görə filmdə bir mənaya xitab etməyi daha çox bacarmışdı).
Pasolini burada hekayə danışmaqdan çox, bir dünya hiss etdirməyə çalışır və ya daha doğrusu, bizi o dünyanın içinə atır.
Out of topic olaraq isə Pasolinin qətli haqda qeydlər yazmaq istəyirəm. Onun cəsədi bir sahildə vahiməli bir halda tapılıbmış. Tapılanda bədənindən görülən və araşdırılanda aşkar olunan məlumatlara görə o əvvəlcə döyülüb, dəmir parçası ilə testisləri parçalanıb, üzərindən maşınla keçilib (səhv etmirəmsə, öz şəxsi maşını olub bu) və sonda bədəninin bir hissəsi yandırılıb. Qətl edən şəxs tapılana kimi bir mafyanın ona qarşı etmiş olduğu intiqam kimi düşünülüb. Lakin 17 yaşlı şəxsi (Giuseppe Pino Pelosi) onun maşınını idarə edəndə tutublar elə o da cinayəti etiraf edib. Bir ara Pasolininin onun ailəsini təhdid etdiyini iddia edibmiş daha sonra bu ifadəsini geri çəkib. Və qəribədir ki, 9 illik cəzaya məhkum edilib, amma qrupca cinayət ifadəsi hələ məhkəmə prosessinin başlarında geriçəkilib. Və Pesolinini kirli kommunist adlandırıbmış bu şəxs. Əlavə olaraq Pasolininin homoseksual biri olduğu üçün öldürüldüyü ilə bağlı iddialar da mövcuddur. Deyəsən Salo filmində də həmcins olan iki kişinin evliliyi və ya münasibəti olubdur.
Sizə bu filmi anlamaq üçün oxuduğum o mənbəni buraxacam:
http://Arabian Nights — Pier Paolo Pasolini
share.google/HYPxsMPSOwkkn9e9G"
ENG
**
The Criterion Challenge*
#9: Random Number Generator* (
the corndog I bought at the fair picked it randomly)
For someone like me who keeps a distance from erotic films, watching this on the same day as
Love felt like pure torture. And the funny part is, I had the audacity to say that morning that I woke up feeling very positive.
Arabian Nights (One Thousand and One Nights), as the third film of the trilogy, follows The Decameron (1971) and The Canterbury Tales (1972), bringing ancient, Rabelaisian-style stories to modern screens. Medieval Europe, England, and the Middle East respectively serve as spaces for Pier Paolo Pasolini to explore a pre-capitalist world. This world existed before many of capitalism’s imposing principles—such as the commodification and commercialization of sexuality, the institutionalization of bodies, and the construction of rigid moral systems that control the masses more deeply and subtly than religion or ethnicity. Pasolini, in this film, tries to dismantle the boundaries imposed by the West, presenting the Eastern world through a rawer, more instinctive perspective.
One noticeable difference that sets this film apart from its predecessors is that it is not directly adapted from a work with a clearly identifiable author. Unlike Giovanni Boccaccio’s The Decameron (published in 1353) and Geoffrey Chaucer’s The Canterbury Tales, the origins of One Thousand and One Nights remain uncertain, and whether they will ever be fully uncovered is still a mystery.
What stood out to me the most is the film’s structure. Its fragmented, episodic storytelling—where stories are loosely connected—makes it quite distinct in film history. This moves it away from a classical narrative and turns it into something more fluid, almost dreamlike (and at times, literally sleep-inducing). Events take a backseat to emotions. Cause-and-effect weakens, while atmosphere and visual poetry take center stage. That said, I have to point out that some of the visuals genuinely hurt my eyes—the lion scene, the dismemberment of the girl’s body, and others. There is visual poetry, sure, but the overall quality sometimes feels like it lags behind.
At the same time, the film presents eroticism very explicitly, but not in a commercial or artificial way. As mentioned in the source I’ll share below, for Pasolini, the body is not something shameful or to be hidden—it is a natural and inseparable part of life. This approach makes the film both bold and, in a way, unsettling, as it pushes the viewer out of their social and cultural comfort zone (which, in my opinion, is where the film succeeds the most in conveying meaning).
Pasolini is less interested in telling a story here and more focused on making us feel a world—or rather, throwing us directly into it.
As an aside, I also want to mention some notes about Pasolini’s murder. His body was found on a beach in a horrific condition. Reports suggested that he had been beaten, his genitals crushed with a metal object, run over with a car (possibly his own), and partially burned. Before the killer was identified, it was thought to be a mafia-style revenge. However, a 17-year-old named Giuseppe Pino Pelosi was caught driving his car and confessed to the crime. At one point, he claimed Pasolini had threatened his family, though he later withdrew that statement. Strangely, he was sentenced to only 9 years, and earlier claims about the involvement of multiple perpetrators were also retracted during the trial. He reportedly referred to Pasolini as a “dirty communist.” There are also claims that Pasolini was killed because he was homosexual. I believe Salò also included a same-sex relationship or marriage element.
For those who want to better understand the film, here’s the source I read: "http: Arabian Nights — Pier Paolo Pasolini
share.google/HYPxsMPSOwkkn9e9G"