Maraqlı. Chris heç kimsiz təbiətdə yaşamağa gedəcək qədər cəsurdur, ancaq öz düşüncələrinin əsiri olacaq qədər sadəlövhdür. Film boyu bu cahilliyin fərqindəliyinə doğru gedən yolu izləyirik. Chris sonda fərqinə varırki məsələ sistemdə deyil; çünki təbiətin özü də ikiüzlü, laqeyd və amansızdır, məsələ insanlardan qopmadır. Məsələ onun travması və ondan qaçmaq üçün qurduğu psevdo-fəlsəfi sistem və etdikləridir. Məsələ "immaturity"-dir; hansıki onu kədər içində və məsuliyyətsiz saxlayır, daima onu əzaba düçar edir. Yaşama olan bu doqmatik baxış onun ətrafla olan harmoniyasını hər zaman pozur, o isə adaptasiya yerinə qaçmağı seçir; düşünürki qalsa o yalançı olur və özündən uzaqlaşır, ancaq əslində isə qaçdığı zaman özünə xəyanət edir, insanları heçə sayır və təvazökarlıqdan uzaqlaşır. Bütün bunlar onun təsəvvür etdiyi kimi onu müdrikliyə yox, narsisizm, ölüm, kədər və illüziyaya aparır. Sonda o problemin cəmiyyətdə yox özündə olduğunu anlayır, fərqinə varırki əslində o nə kapitalizm nə də insanlardan, o ailəsindən və yaşadıqlarından qaçırdı. Həmin anda isə gec olur, çünki etdiyi bu "selfish" seçimlər onu peşmanlıq içində ölümə məhkum edir. Happiness is real, when it is shared — filmin əsas tezisi oğlanın dəftərinə yazdığı bu son cümlədir. Chris azadlıq uğrunda savaşırdı, ancaq "azadlıq" ideyası cəmiyyətin ona mirasıdır. Sistemi rədd edir, ancaq onun romantik mifini yaşayırdı.
Filmdə əksikliklərdən biri balanssızlıqdır; birinci hissədə olan romantizm məqsədli olsa belə sonda onu daha çox məhv edə bilərdi rejissor. Bu balansı pozması insanların bu filmi oxunuşunu zəiflədir. Dialoqlar filan da süni alınıb və filmi biraz didaktik edib. Sinematoqrafiya yaxşı idi və hekayə yaxşı qurulub. Film real hadisələr əsasında çəkilib. Bəyəndim.