Shameless
1-ci sezon
11 sezonluq "Həyasız" serialına başlamaqda ayrı axot istəyir e. Bu serialı mənə Nailə tövsiyə gördü. Onsuz da bir ara göz atmaq niyyətim varıydı. Keçən dəfə tiktokda "You are my mother too" editini görəndən sonra dedim ki, tamam izləmə zamanı gəlib. Ümumən serial çox pis və narahat hiss etdirir bir çox səbəbə görə. Buna baxmayaraq sarır izləmək. Mən serialları iş görə-görə izləyirəm deyə türk dilində izləməli oluram məcbur o bir az keyfiyyəti aşağı salır deyəsən😔 VƏ NAİLƏ MƏNİ BƏNZƏTDİYİN OBRAZA LƏNƏT OLSUN!!!
İlğımdakı dərvişin nəsihəti
Aldatmaca dolu yaşamda
Tuta da bilmərəm anında
Axan günlərin görünməz dəyərini
Ala bilmədim qarşılığını səyimin
Eyləmərəm ah-nalə o xatirələrə
Kilsədə şam yandırım bizlərə
Əzildim altında həyat yükünün
Ola bilmədim parçası bir sürünün
Təcridlərdən ibarət dünyanın
Nifrətini aldım mən də axının
Gülən sifətlərin saxtalığından,
İyrəndim onların yalançılığından
Tanrım, yenə sənə gələrəm
Qurtar məni bu səmimiyyətsizlərdən
Sadəcə sirrimi də sənə deyərəm
Tapım aidliyi birində evlərdən
Tutmadı bizlərdə əl əli
Görmədi də göz gözü
Varmıdır fərqim bir ruhdan
Başqa nəfəs alan bədəndən
Salınmazdı nəzər dərinə
Yaramazlar dərd-sərinə
Keçib gələr yorğun dərviş
Deyər: "Güvənmə, oğul, sən bir kəsə
Ricasız eyləmə tək bir insanlıq
Deyərlər istənmədi səndən tək bir zərrə
Salma öz dəyərini bir kərə
Tapdanma sən dəfələrlə
Görmədim sən qədər aciz bəndə
Yaxşılıq deyil, acizlikdir səndə
Necə görməzsən sevməzlər səni
Nəql edərlər "eyləməz başqa şey sıxar bizi"
Bilərlər durarsan səssiz
Ötüşər günləri sənsiz
Sənsə gözləyərsən şüursuzca
Qırılar qəlbin də amansızca
Oğul, bir dəfə də sən sən ol
Hekayənin "pis"-i sən ol
Öncəlik ol bu dəfə sən
Gör nə dəyişər yenidən
Davranarlar sənlə ehtiyatla
Verərlər dəyər sonsuz kərə
Adəm oğlu belədir, oğul
Özünü sevməyən sevilməz
Sevənsə sevilər min bir kərə
Yol davam edər günbəgün
Alışacan qalmağa yalnız
Qulaq ver sən bu faniyə
Etmə riyakarlıq içindəki dahiyə
Özünə xəyanət bitəcəkdir
Sevgidə olan həqiqət cücərəcəkdir."
Qaldım çılpaq mərkəzdə
Tapmadım nəsə örtəcək məndə
Ac olarkən bir qram sevgiyə
Vararam gerçək bilgiyə
Əbədi saxlamaz heç kəs bir sirri
Deməlidirlər gerçəyi gizlətmədən
Deməzlərsə səbəbdir sevməməzlikdən
Önəmli insantək görünməzlikdən
Dərd bitməz, gün bitər
Kəpənək də heyfislənər ölər
Görməz tək səfər yansımasın
Ki öz dəyərin anımsasın