AZE
Tarantino deyəsən bu filmdən ilhamlanıb "Inglourious Bastards" filmini çəkəndə😏😏😏 Zarafat bir yana ikisinin də məzmununda bənzərliklər var. Zarafat bir yana 1958-ci ildə çəkilmiş olması nəzərə alınsa olduqca keyfiyyətli bir iş alınıb.
Bu tipdə olan filmlərin fanatı olmadığım üçün çox zövq alaraq izlədiyimi desəm yalan olar. Lakin Azərbaycan film tarixinin ilkin filmlərindən biri olması səbəbi ilə xüsusi əhəmiyyət kəsb edir bu film. Filmdəki bir neçə dialoq yaddaşlarımızdan silinməyəcək qədər ikonikdir. Xüsusi ilə Anjelikanın "zabitlə görüşüm var" hissəsi əfsanədir.
Obrazların və hekayənin real həyat əsasında çəkilmiş olması isə filmdə olan obrazların keyfiyyətini mənə görə bir qədər yüksəltdi. Acting olaraq da müasir Azərbaycan filmlərində yer alan aktyor və aktrissalardan daha mahir iş görüblər. Filmin çox aşağı bir büdcə ilə çəkildiyi bəlli olur. Məsələn filmdə gərginliyi izləyiciyə ötürə biləcək olan silahlı qarşıdurma səhnələri daha keyfiyyətli ola bilərdi. Hind filmlərində dövr edib yıxılan şəxslər kimi dururdular. Bu baxımdan inandırıcı deyildi.
Və zənnimcə Mixaylonun rəssam imicinə girməsi (hərəkətləri) Azərbaycan film tarixində ilk dəfə maskülen kişi obrazından kənar bir davranış görürük. Müasir dünyada daha feminen adlandırılacaq davranışların bu filmdə yer almasını gözləmirdim. Fərqliliyə cəhd göstərməkləri səbəbilə respect🫡
Hekayənin çox da müzakirə edilə biləcək və ya tənqid ediləcək yeri olduğunu çox düşünmürəm. Sadəcə tarixi bir şəxsi səhnələşdirməyə çalışıblar. Oxuduğum bir review bu baxımdan uğursuz olduğunu bildirirdi.
Qərb filmləri necə şərqi düşmən olaraq təyin edib filmlərində bunu yansıdıbsa, SSRİ də həmçinin o cür edibdir. Artıq izlədiyim 3-cü filmdir ki, Almaniyaya qarşı həddindən artıq nifrət "empoze" edilib.
ENG
It almost feels like Tarantino drew inspiration from this film when making Inglourious Basterds 😏😏😏
Jokes aside, there are indeed similarities in the content of both films. And honestly, considering that this film was made in 1958, the final result is quite high-quality.
Since I’m not really a fan of films in this genre, it would be a lie to say that I watched it with great pleasure. However, because it is one of the early films in Azerbaijani cinema history, it carries special significance. Some of the dialogues in the film are iconic enough to remain etched in our collective memory. Especially Angelika’s line “I have a meeting with an officer” — absolutely legendary.
The fact that the characters and the story are based on real life slightly elevated the overall quality of the characters for me. In terms of acting, the performers did a much more skillful job than many actors and actresses we see in contemporary Azerbaijani cinema. It’s also quite obvious that the film was made with a very low budget. For example, the armed conflict scenes — which should have conveyed tension to the audience — could have been executed better. People were falling over in a way reminiscent of old Indian films. From that perspective, those scenes weren’t very convincing.
And in my opinion, Mikhailo’s adoption of a painter-like persona (his movements and mannerisms) is particularly interesting. For the first time in Azerbaijani film history, we see behavior that falls outside the traditional hyper-masculine male archetype. I didn’t expect to see behaviors that would be labeled as more feminine in today’s world represented in this film. For that reason alone — respect 🫡
I don’t think the story itself offers much room for deep debate or criticism. They were simply trying to stage the life of a historical figure. One review I read, however, argued that the film was unsuccessful in this regard.
Just as Western films have historically defined the East as the enemy and reflected that in their cinema, the USSR did the same. This is already the third film I’ve watched where an excessive hatred toward Germany is heavily imposed on the viewer.