AZE:
Mən bu filmin asılısı ola bilərəm. Elə möhtəşəm bir işdir ki, YƏNİ MÜ KƏM MƏLLLLLLLL!!! Təsəvvür edin, 1969-cu ildə çəkilməsinə baxmayaraq, hər cəhətdən mükəmməl bir ekran işidir. Uşaqların aktyor oyunu belə heyrətamiz və qüsursuzdur. Finaldakı mahnı isə… ürəyimə elə bil ki, dağ basıb parçaladı, ah, ah…
İndi isə hekayə üzərində danışaq. Hekayə heç nəyi gizlətmədən, tam çılpaq şəkildə bir uşağın yaşadığı çətinlikləri mükəmməl formada tamaşaçıya çatdırır. Anası işləyir, atası isə şəhid olub. Uşağın performansı belə bizə tənhalığı iliklərimizə qədər hiss edir, amma buna baxmayaraq o öz həyat mübarizəsini də davam etdirir. “Şərikli çörək” başlığı altında keçmiş SSRİ hökumətinin ideologiyası çox uğurla təqdim olunur: insanlar eyni ölkədə yaşayırsa, hər cəhətdən bərabər olmalıdırlar, hətta yedikləri çörəkdə belə. Anam da veçni çörək növbələrindən şikayət edirdi və bu filmdə mən bunu açıq şəkildə gördüm. Düzdü onun dövründə daha yaxşı bir hal varıydı amma yenə də. Zənnimcə bir dövrün acıları və kədəri bundan daha uğurlu şəkildə göstərilə bilməzdi.
Hekayə bu ağrını bizə göstərməklə yanaşı, eyni zamanda komediya elementləri də təqdim edir. Bu da filmi 7-dən 70-ə hər kəs üçün zövqlü edir. Uşaqlıqda filmdən anladıqlarımla indiki baxışım tamamilə fərqlidir. “Şərikli çörək” bizləri əyləndirərkən, eyni zamanda həyat və cəmiyyət haqqında düşünməyə vadar edir. Bu filmdə nəsə çatışmadığını deyənlər mütləq olacaq, amma Azərbaycanın o dövrdəki şəraitini nəzərə alsaq, bu film qüsursuz bir işdir.
Ümumilikdə filmdə məni narahat edən heç nə yox idi. Sadəcə 1 səhnədə səs kəsildi eşidə bilmədim. Hər şey olması lazım olduğu kimiydi. Kaş indiki dövrdə çəkilən filmlər də bu keyfiyyətdə olsaydı…
ENG:
I could become addicted to this film. It’s such an incredible work, I CANT EVEN EXPLAIN IT!!! Just think about it: despite being made in 1969, it is perfect in every aspect. Even the children’s acting is astonishing and flawless. And that final song… it tears my heart apart, oh my God…
Now let’s talk about the story. The story presents a child’s hardships in a completely raw and honest way, without hiding anything. His mother is working, and his father has fallen as a martyr. He feels loneliness deep in his bones, yet he still keeps struggling. Under the title “Shared Bread,” the story conveys the ideology of the former Soviet government extremely well: if people live in the same country, they should be equal in every sense, even in the bread they eat. My mother always used to complain about standing in bread lines, and in this film, we see exactly that. The pain of an entire era could hardly be portrayed more successfully than this.
While showing us this suffering, the story also includes elements of comedy, which makes the film enjoyable for everyone from age 7 to 70. What I understood from the film as a child and what I understand now are completely different. “Shared Bread” entertains you, but at the same time, it makes you think about life and society. There will certainly be people who say that something is missing in this film, but considering Azerbaijan’s conditions at that time, this work is flawless.
Overall, nothing in the film bothered me. Everything was exactly as it should be. I just wish the films released today were of this quality…